Küveyt Müdafiə Nazirliyi: Bu səhər bir neçə ABŞ təyyarəsi qəzaya uğrayıb
Küveyt ərazisində bu səhər ABŞ-nin bir neçə hərbi təyyarəsi qəzaya uğrayıb, ekipajın bütün üzvləri xilas edilib.
Xəbər.ge xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bununla belə, qəzaya uğrayan təyyarələrin sayı dəqiqləşdirilmir.
Qeyd olunub ki, axtarış-xilasetmə işləri nəticəsində ekipaj üzvləri zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Müvafiq orqanlar qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmanı davam etdirirlər. Digər təfərrüatlar verilmir.
mənbə: report.az