İraqın nüfuzlu alimi xəbərdarlıq edib

İraqın nüfuzlu şiə alimi Ayətullah Seyid Əli Sistani İran rəhbərliyini hədəf almamaq barədə xəbərdarlıq edib.
Xeber.ge xəbər verir ki,
"Biz İranın yüksək səviyyəli dini və siyasi liderlərini hədəfə alacaq hər hansı təhlükəyə qarşı xəbərdarlıq edirik. Bu cür cinayətkar addımın atılması bütün regiondakı vəziyyət üçün çox ağır nəticələri olacaq;
Biz beynəlxalq aktorları və dünya ölkələrini, xüsusən də İslam ölkələrini bu ədalətsiz müharibəni dayandırmaq üçün əllərindən gələni etməyə çağırırıq",-deyə iraqlı alimin bəyanatında qeyd olunur.
mənbə: baku.ws