Parlament yeni qanun təsdiqlədi
Parlament inzibati cərimələrin artırılmasını dəstəkləyib və müvafiq qanunvericilik paketini yekun, üçüncü oxunuşda 82 səslə yekdilliklə təsdiqləyib.
“Gürcü arzusu”nun qəbul etdiyi qanun layihəsinə əsasən, şəhərin görkəminə xələl gətirməyə görə cərimə 50 laridən 1000 lariyə qədər artır.
Nəqliyyatın hərəkətinin pozulmasına görə məsuliyyət daha da sərtləşir. Yığıncaq və nümayişlərin keçirilməsi normalarının pozulmasına görə hazırkı cərimə 500 laridən 5000 lariyə, təşkilatçılara görə isə 5000 laridən 15000 lariyə qaldırılır. Bundan başqa, Daxili İşlər Nazirliyinin formasını qanunsuz geyinməyə görə 2000 lari məbləğində cərimə tətbiq ediləcək.
mənbə: interpress