Aşağı Alvanda baş verən insidentlə bağlı polis təhqiqat aparır

Sep 16, 2026 - 20:48
 0  8
Aşağı Alvanda baş verən insidentlə bağlı polis təhqiqat aparır
: :
playing

Axmeta bələdiyyəsinin Aşağı Alvan kəndində 10 yaşlı uşağa qarşı mümkün məcburetmə ilə bağlı yayılan məlumat üzrə Daxili İşlər Nazirliyi istintaq başlanıb.

XEBER.GE xeber  verir ki, "Mtavari ambebi Kaxetidan" nəşrinə qurumdan bildirildiyi kimi, iş Cinayət Məcəlləsinin 150-ci (məcburetmə) maddəsi ilə başlanıb.

İnsidentdə iştirak edən şəxs müəyyən edilib və Axmeta Polis İdarəsində istintaq hərəkətləri, o cümlədən dindirmələr aparılır.

Hadisə ilə bağlı məlumatı nəşr dünən valideynin yaydığı məlumata istinadən dərc etmişdi.

Azyaşlının anasının sözlərinə görə, hadisə ötən həftə kəndin avtobus dayanacağının yaxınlığında başverib.

Onun bildirdiyinə görə, uşaq rəqs məşqindən qayıdarkən yaşlı kişi ona evə aparmağı təklif edib. Lakin imtina cavabı aldıqdan sonra kişi onu zorla avtomobilə mindirməyə cəhd göstərib.

Uşaq qaçıb xilas olmağı bacarıb və yaxınlıqdakı mağazanın istiqamətinə qaçıb.