Gürcüstanda məktəbli bullinq qurbanı olub: Yeniyetmə intihara cəhd edib
Gürcüstanın Kobuleti şəhərində fəaliyyət göstərən Gürcüstan Patriarxlığının nəzdindəki özəl məktəbdə dəhşətli hadisə baş verib. Azyaşlı məktəbli təhsil müəssisəsinin ərazisində özünə xəsarət yetirib.
Xeber.ge xəbər verir ki,
Məktəb rəhbərliyi faktı təsdiq etsə də, hadisənin dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib. Administrasiyadan verilən məlumata görə, yeniyetmənin vəziyyəti stabildir və həyatı üçün hər hansı təhlükə yoxdur.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır, məktəbdə psixoloji mühit və hadisənin başvermə şəraiti öyrənilir.