Apple ilk qatlana bilən smartfonunu təqdim etdi
Təqdimat mərasimində "Apple" şirkəti "iPhone Duo" adlı yeni smartfonunun iki ekrana sahib olacağını açıqladı: bunlardan biri qatlanmış vəziyyətdə istifadə edilə bilən kiçik ölçülü ekran, digəri isə smartfon açıldıqdan sonra istifadəçinin yararlana biləcəyi böyük ekrandır.
XEBER.GE xeber verir ki, ABŞ bazarında "iPhone Duo"-nun başlanğıc qiyməti $1999 təşkil edəcək və cihaz oktyabrın 31-dən etibarən alıcılar üçün əlçatan olacaq.
"Apple" öz təqdimatında həmçinin "iPhone 18 Pro", "Apple Watch Ultra 4" və "AirPods 5" modellərini də nümayiş etdirib.