WhatsApp-da telefon nömrəsini paylaşmadan yazışmaq mümkün olacaq
WhatsApp istifadəçilər üçün yeni məxfilik funksiyasını istifadəyə verməyə
XEBER.GE xəbər verir ki, yaxın aylarda tətbiqdə istifadəçilər telefon nömrəsini paylaşmadan, unikal istifadəçi adı (username) vasitəsilə yazışa biləcəklər.
Şirkətin məlumatına görə, istifadəçi adını istənilən vaxt dəyişmək və ya silmək mümkün olacaq. Funksiya tam aktivləşdirildikdən sonra yeni söhbətə başlamaq üçün telefon nömrəsi əvəzinə yalnız istifadəçi adını paylaşmaq kifayət edəcək.
Bununla yanaşı, WhatsApp hesabı yaratmaq üçün telefon nömrəsi əvvəlki kimi məcburi olaraq qalacaq.
mənbə: baku.ws