Abituriyentlərə şad xəbər: İmtahan həddini keçən 1795 nəfər üçün ikinci qəbul şansı yaradıldı

Aug 30, 2026 - 19:08
 0  30
Abituriyentlərə şad xəbər: İmtahan həddini keçən 1795 nəfər üçün ikinci qəbul şansı yaradıldı

  Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təşəbbüsü ilə Vahid Milli İmtahanlarda müəyyən edilmiş minimum kompetensiya həddini keçən 1795 abituriyentə "ikinci dərəcəli qəbul" imkanı yaradırıq, — deyə Təhsil, Elm və Gənclər naziri Qivi Miqanadze brifinqdə bildirib.

XEBER.GE xeber  verir ki, Nazirin sözlərinə görə, miqyaslı islahatın birinci ilində həyata keçirilən təşəbbüslər abituriyentlər və ictimaiyyət üçün müəyyən yenilik təşkil edir.

"Ali təhsil üzrə milli islahata başladığımızı və cari ilin müəyyən dərəcədə keçid dövrü olduğunu nəzərə alaraq, müstəsna hal kimi yalnız bu il Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təşəbbüsü ilə Vahid Milli İmtahanlarda müəyyən edilmiş minimum kompetensiya həddini keçən 1795 abituriyentə 'ikinci dərəcəli qəbul' imkanı veririk.

Miqyaslı islahatın birinci ilində həyata keçirilən təşəbbüslər abituriyentlər və ictimaiyyət üçün müəyyən yenilik təşkil edir. Müvafiq olaraq, bu qərar bütün bunikiləri nəzərə alaraq istisna qaydasında və birdəfəlik qəbul edilib", — deyə nazir bəyan edib.

Onun sözlərinə görə, yaxın günlərdə dövlət, özəl ali və peşə təhsil müəssisələrində qalan vakant yerlərə qeydiyyat elan olunacaq, bundan sonra milli imtahanlarda minimum həddi keçən abituriyentlərə sözügedən proqramlara qeydiyyatdan keçmək imkanı yaradılacaq.

"Hər bir gənc üçün keyfiyyətli təhsilə əlçatanlığın təmin edilməsi bizim əsas məqsədimizdir. Ali təhsil islahatı çərçivəsində qəbul edilən misilsiz qərarlar məhz buna xidmət edir.

Sizə məlumdur ki, cari ildə dövlət universitetlərinə qəbul olan hər bir tələbənin təhsil haqqı dövlət tərəfindən tam maliyyələşdirilir ki, bu da gənclər üçün təhsil almaq istiqamətində daha çox imkan yaradır.

Biz təhsilin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmağa davam edəcəyik, çünki inanırıq ki, gənclər üçün yaradılan hər bir yeni imkan ölkəmizin tərəqqisinə və inkişafına qoyulan sərmayədir", — deyə Qivi Miqanadze qeyd edib.