Gürcüstanda "FARA" qanunu və yeni qaydalar parlamentdə müzakirəyə çıxarılır

Bu həftə Gürcüstan parlamentində "FARA" adlı Amerika qanununun təşəbbüsü irəli sürüləcək.
Bu barədə hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze bəyan edib.
Mdinaradzenin sözlərinə görə, həmçinin "Media Qanunu" da təqdim olunacaq, bu qanun əsasən "feyk xəbərlərlə" mübarizəyə yönələcək və Britaniya modelinə əsaslanacaq.
Bundan əlavə, parlamentdə xarici mənbələrdən gələn maliyyə vəsaitlərinin dövlət qulluqçuları üçün məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də qeydə alınacaq.
"Bu həftə biz "FARA" qanununun təşəbbüsünü irəli sürəcəyik. Bundan əlavə, "Media Qanunu" hazırlanacaq ki, bu da əsasən "feyk xəbərlərin" qarşısının alınması üçün nəzərdə tutulub və Britaniya modelinə uyğun olacaq. Eləcə də dövlət qulluqçularının xarici mənbələrdən maliyyə almasını məhdudlaşdıran qanun layihələrinin ilkin versiyaları qeydiyyata alınacaq" – deyə Mdinaradze bildirib.
Onun sözlərinə görə, yeni qanun layihələri həmçinin aşağıdakı məsələləri əhatə edəcək:
????️QHT-lərin qanunvericilikdə məcburi iştirakının aradan qaldırılması;
????️Dövlətə məxsus hüquqi şəxslərin (SİP-lərin) rəhbərlərinin təyin edilməsinin sadələşdirilməsi;
????️Narkotiklərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi;
????️Yetkinlik yaşına çatmayanların ədalət sistemi ilə əlaqədar qanunvericiliyin gücləndirilməsi;
????️Miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi.
Mdinaradze əlavə edib ki, qanun layihələrinin tam şəkildə qəbul edilməsi üçün təxminən bir yarım ay vaxt var və bu müddət ərzində parlamentdə layihələr üzərində ətraflı müzakirələr aparılacaq.
mənbə: interpress