Etirazda 20 nəfər inzibati, 1 qadın cinayət maddəsi ilə həbs edildi
Xeber.ge xeber verir ki,
Təxminən saat 20:00-da Rustaveli prospektində toplaşan aksiya iştirakçıları qanunsuz olaraq yolu bağlamağa cəhd ediblər.
Patrul polis əməkdaşları etirazçıları bir neçə dəfə qanun pozuntusu törətməmələri barədə xəbərdar edib və onların sayının yolu bağlamaq üçün kifayət etmədiyini bildiriblər.
Yolu qanunsuz bağlamağa cəhd edən 20-ə yaxın şəxs inzibati qaydada həbs edilib.
Polis əməkdaşlarının qanuni tələbinə tabe olmayan, patrul maşınına çıxan və polis əməkdaşlarının ləyaqət və formasına təhqir edən gənc qadın Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsi (xuliqanlıq) ilə həbs edilib.
Nazirlik aksiya iştirakçılarını yolu süni şəkildə bağlamaqdan və cinayət törətməkdən çəkindirmək üçün bir daha çağırış edir və əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçiriləcəyini bildirir.