50 000 ABŞ dollarına yaxın məbləği mənimsədilər — DİN iki nəfəri dələduzluq ittihamı ilə saxladı

Nov 20, 2025 - 12:11
 0  23
50 000 ABŞ dollarına yaxın məbləği mənimsədilər — DİN iki nəfəri dələduzluq ittihamı ilə saxladı

Acarıstan polis əməkdaşları böyük məbləğdə və qrup halında törədilmiş dələduzluq ittihamı ilə iki nəfəri — 1992-ci il təvəllüdlü A.F.-ni və 1995-ci il təvəllüdlü R.Q.-ni saxlayıblar. Onları 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər avtomobil almaqla maraqlanan 1996-cı il təvəllüdlü N.M.-dən avtomobilin xaricdən gətirilməsinə kömək adı altında, aldadaraq, dələduzluq yolu ilə böyük məbləğdə pul — ümumilikdə 50 000 ABŞ dollarına yaxın vəsait əldə edib mənimsəyiblər. Polis A.F.-ni və R.Q.-ni təqsirləndirilən şəxs qismində məhkəmə qərarı əsasında saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır,” – deyə DİN bildirir.