21 yaşlı Aytac Məmmədovanın axtarışları 39 gündür, ailənin şəxsi imkanları ilə davam edir

1 aprel tarixində Tbilisidə yerləşən “Sülh körpüsü” yaxınlığında özünü Kür çayına atdığı bildirilən 21 yaşlı Aytac Məmmədovanın axtarışları artıq 39 gündür, davam edir. Qızın ailəsi axtarışları şəxsi imkanları ilə aparır.
Bu gün, 9 may tarixində "Marneuli" radiosuna danışan Aytacın dayısı Rəsul Ömərov bildirib ki, dövlət orqanları tərəfindən axtarışlarla bağlı heç bir fəaliyyət müşahidə edilmir:
“Biz hələ də Kür çayında qızımızı axtarırıq. Bütün işləri öz imkanlarımızla görürük. Dövlət isə heç bir şəkildə bu prosesə dəstək vermir”, – deyə Rəsul Ömərov bildirib.
Daxili İşlər Nazirliyi "Marneuli" radiosunun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi – özünü öldürmə həddinə çatdırma və ya intihara cəhd – ilə araşdırma aparılır.
Qeyd edək ki, 15 aprel tarixində yayımlanan materialda DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilmişdi ki, Kür çayında gündəlik nəzarət həyata keçirilir, su nəqliyyatı vasitələri və dalğıclar axtarışlara cəlb olunub, çayın məcrasına baxış keçirilir.
mənbə: marneulifm