2028-ci il seçkilərinə ATƏT/DTİHB-in dəvəti seçki ilində müəyyənləşəcək

Jul 13, 2026 - 14:44
Jul 13, 2026 - 14:45
 0  11
2028-ci il seçkilərinə ATƏT/DTİHB-in dəvəti seçki ilində müəyyənləşəcək
: :
playing

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, 2028-ci il parlament seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının dəvət olunmasına dair qərar seçki ilində qəbul ediləcək.

  Bunu Baş nazir hökumət administrasiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2028-ci il parlament seçkiləri oktyabrın 28-də keçiriləcək və beynəlxalq müşahidə missiyalarının dəvəti ilə bağlı qərar ənənəvi olaraq seçki ilinin əvvəlində verilir.

İ.Kobaxidze bildirib ki, Gürcüstan hökumətinin ATƏT/DTİHB ilə heç bir problemi yoxdur və hökumət 2024-cü il parlament seçkilərindən sonra qurumun dərc etdiyi yekun qiymətləndirməni müsbət qarşılayıb.

"ATƏT/DTİHB ilə kimin münaqişəsi olduğu aydındır. Bu, yerli radikal müxalifət və onların xarici himayədarlarıdır. Biz isə 2024-cü il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin açıqladığı nəticəni alqışladıq", – deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü il seçkiləri ATƏT/DTİHB tərəfindən etibarlı və rəqabətli kimi qiymətləndirilsə də, müxalifət və onu dəstəkləyən xarici dairələr həmin hesabatı tənqid edib.

mənbə: report