Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür
Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür, Gürcüstanda sabitlik olmasa və ölkəmizdən keçən yollar qorunmasa, Azərbaycan da inkişaf edə bilməz.
Bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari "İmedi" telekanalının efirində deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstanla Azərbaycan ən yaxın iqtisadi tellərlə bir-birinə bağlıdır.
Vitse-spiker qeyd edib ki, hər iki ölkənin sabit inkişafına töhfə verən layihələrin həyata keçirilməsinə 30 il əvvəl başlanılıb.
"Layihələr bizim ərazimizdən keçdiyindən bir çox ölkələr Gürcüstanda əmin-amanlığın olmasında maraqlıdır", - Subari əlavə edib.
mənbə: apa