İsrail və ABŞ vətəndaşlığı olan pilot ələ keçirilib

Apr 6, 2026 - 19:35
Apr 6, 2026 - 19:38
 0  58
İsrail və ABŞ vətəndaşlığı olan pilot ələ keçirilib

İsrail və ABŞ vətəndaşlığı olan Moran Sagron adlı pilot, təyyarəsinin qəzaya uğramasından sonra İran ərazisində ələ keçirilib.

 Xeber.ge xəbər verir ki, bu barədə İran KİV-lərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hesabların məlumatlarına istinadən “Gündəlik İran jurnalisti” adlı Telegram kanalı məlumat yayıb.

Məlumatda pilotun rəsmi hərbi identifikasiya məlumatları, o cümlədən ona aid edildiyi bildirilən identifikasiya nömrəsi dərc olunub.

Kanalın bildirdiyinə görə, pilot təyyarəsinin İran ərazisində qəzaya uğramasından sonra saxlanılıb.

mənbə: modern.az