2026-cı ildən səs norması pozan sürücülər cərimələnəcək

Dec 19, 2025 - 15:59
 0  38
2026-cı ildən səs norması pozan sürücülər cərimələnəcək

Gələn ilin yanvarından etibarən sürücülər həddindən artıq səs-küyə görə cərimələnəcəklər. 2026-cı ildən “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq norması qüvvəyə minir.

Xeber.ge xəbər verir ki, həmin normaya əsasən, istismarı zamanı yaranan səs-küy qanunvericiliklə müəyyən edilmiş həddi aşan nəqliyyat vasitəsini idarə etməyə görə 100 lari məbləğində cərimə tətbiq olunacaq.

Qayda pozuntusu təkrarlandığı halda cərimə 200 lari, növbəti dəfə isə nəqliyyat vasitəsinin sürücüsü 300 lari məbləğində cərimələnəcək.