Əhalinin 9,4 faizi yoxsulluq səviyyəsində yaşayır - Kobaxidze
Gürcüstanda 2012-ci ildə 1,1 milyondan çox insan, 30 faiz əhali yoxsulluq səviyyəsində yaşayırdı. 2020-ci ilə qədər bu rəqəm təxminən 21 faizə endirilmişdi.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parlamentdə çıxışı zamanı deyib.
Hökumət başçısı qeyd edib ki, son dörd ildə yoxsulluq səviyyəsi 9,4 faizə qədər azalıb.
“Bu rəqəm hökumətimiz dövründə 350 minə qədər azalıb. Bu, sürətli iqtisadi artımın nəticəsidir. Son 5 ildə orta artım tempi 9,3 faiz təşkil edib”, - deyə İrakli Kobaxidze bildirib.
mənbə: axar