Əgər seçkilər azad olmayacaqsa, viza rejiminin liberallaşdırılması dayandırılacaq

Oct 25, 2024 - 21:11
 0  50
Əgər seçkilər azad olmayacaqsa, viza rejiminin liberallaşdırılması dayandırılacaq

Jurnalist və „Azadlıq Radiosu“nun Avropa redaktoru Ricard Yozvyak öz mənbələrinə əsasən bildirir ki , Gürcüstanda parlament seçkiləri azad keçməyəcəyi və hakimiyyət nümayişçilərə qarşı güc tətbiq edəcəyi təqdirdə Brüssel viza rejiminin liberallaşdırılmasını dayandıracaq. O, bu barədə „TV Pirveli“yə müsahibəsində danışıb.

„Parlament seçkiləri haqqında tez-tez danışırlar. Son günlərdə diplomatlar və qərar qəbul edən şəxslərlə danışırdım.

Mənə dedilər ki, 

Avropa İttifaqı dövlətləri arasında viza rejiminin liberallaşdırılmasını dayandırmaq üçün kifayət qədər sayda tərəfdar var. Söhbət 55%-dən gedir, bu isə Avropa İttifaqı əhalisinin 65%-ni təşkil edir. Bu, əgər seçkilər azad olmayacaqsa və nümayişçilərə qarşı zorakılıq tətbiq olunarsa, baş verəcək.

Avropa İttifaqı bunu etmək istəmir, amma bütün ssenarilər müzakirə olunub. Brüssel diqqətlə nəinki seçkiləri, həm də sonrakı günləri izləyir və seçkilərin ədalətli və azad keçəcəyini gözləyir.

Viza rejiminin liberallaşdırılmasından başqa, rəsmi olaraq sanksiyalar da müzakirə olunur,” – deyə o bildirir.

mənbə: marneulifm