Zurabişvili saxtakarlıqdan danışanda dediyi “erməni karuseli”nə aydınlıq gətirib

Dec 6, 2024 - 11:43
 0  113
Zurabişvili saxtakarlıqdan danışanda dediyi “erməni karuseli”nə aydınlıq gətirib

Gürcüstan Prezidenti Salome Zurabişvili İctimai Televiziyaya müsahibəsində parlament seçkilərindən sonra dediyi sözlərə aydınlıq gətirib.

Qeyd edək ki, o, daha əvvəl “Associated Press” agentliyinə müsahibəsində qalmaqala səbəb olan “erməni karuselindən” istifadə etdiyini açıqlayıb.

"Mən demək istəyirəm ki, milliyyətcə ermənilər (Gürcüstan vətəndaşları) və Rusiya təbliğatının da fəal olduğu (qonşu ölkədəki-red)ermənilər. Bu "erməni karuselində" etnik çalar yox idi”, - Zurabişvili qeyd edib.

Gürcüstan Prezidentinin sözlərinə görə, o, bu “konserti” ilk dəfə Eduard Şevardnadzenin dövründə Gürcüstana qayıdanda eşidib. Zurabişvili iddia edib ki, eyni üsuldan Mixeil Saakaşvilinin dövründə də istifadə olunub.

“Səhv etmirəmsə, Ermənistanda buna “gürcü karuseli” deyirlər, onda heç bir milliyyət çaları yoxdur”, - o əlavə edib.

mənbə: report