Marneulidə gənc oğlan dəm qazından həyatını itirdi
Marneulinin Sadaxlı kəndində dəm qazının sızması nəticəsində gənc oğlan həyatını itirib.
Hadisə gecə saatlarında baş verib.
Məlumata görə, 25 yaşlı gənc duş alarkən dəm qazının sızması nəticəsində boğularaq yerindəcə həyatını itirib.
Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.
mənbə: Interpress