Zurab Zviadauriyə ittiham irəli sürülüb, prokurorluq onun həbsi barədə vəsatət qaldırır

Sep 18, 2025 - 15:55
 0  22
Zurab Zviadauriyə ittiham irəli sürülüb, prokurorluq onun həbsi barədə vəsatət qaldırır

Veteran idmançı, “Gürcü Arzusu”nun keçmiş deputatı Zurab Zviadauriyə artıq ittiham elan olunub.

Prokurorluq ona qarşı qətimkan tədbiri kimi həbsin seçilməsini tələb edir.

Qurum Zviadaurini odlu silah və döyüş sursatını qanunsuz əldə etmə, saxlama və gəzdirmədə günahlandırır.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs qanunsuz olaraq 9x29 mm (.38 Special) kalibrli, ‘WEBLEY SCOTT LTD’ konstruksiyalı, №56577 seriyalı revolveri və ona aid 6 ədəd zavod istehsalı 9x29 kalibrli patron əldə edib, qanunsuz saxlayıb və gəzdirib.


Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 2025-ci il sentyabrın 16-da saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsi) ilə ittiham irəli sürülüb ki, bu da 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – deyə prokurorluğun yaydığı açıqlamada bildirilib.

mənbə: marneulifm