Zugdidi–Anaklia yolunda sürətlə hərəkət edən maşın çəpərə çırpıldı

Sep 1, 2026 - 11:43
 0  11
Zugdidi–Anaklia yolunda  sürətlə hərəkət edən maşın çəpərə çırpıldı

Zugdidi–Anaklia yolunda baş verən yol-nəqliyyat hadisəsi 2 nəfərin həyatına son qoyub.

XEBER.GE xeber  verir ki, mövcud məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobil yolun hərəkət hissəsindən çıxaraq çəpərə çırpılıb.

Sürücü, 45 yaşlı kişi hadisə yerində dünyasını dəyişib, avtomobildə olan 22 yaşlı qızı da xilas etmək mümkün olmayıb.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadası səfərbər olunub.