Mağazada yetkinlik yaşına çatmayanlar tərəfindən döyülən konsulant xəstəxanaya aparılıb

Oct 21, 2025 - 13:04
 0  22

Fiziki zorakılıq və ölümlə hədələmə – mağazada yetkinlik yaşına çatmayanların hücumu nəticəsində yaralanan konsulant çoxsaylı 

xəsarətlərlə xəstəxanaya aparılıb, onun həyatı təhlükədə deyil, eyni zamanda döyülənlər arasında kassir də var.

Xeber.ge xəbər verir ki, məlumata görə, hadisə Vaça Pşavela prospektində yerləşən marketdə baş verib.

Qarşıdurma kassir və konsulantın dörd yetkinlik yaşına çatmayan qıza oğurladıqları məhsulları qaytarmağı tələb etməsindən sonra başlayıb.

Hadisənin şahidi Tea Subeliani bildirir ki, cinayətkarlar mağaza əməkdaşlarına fiziki zorakılıq tətbiq ediblər.

Polis yetkinlik yaşına çatmayan şəxsləri saxlamayıb, çünki onlar 16 yaşına çatmamış şəxslərdir.