Yeddi post məhv edilib, doqquzu ələ keçirilib - Pakistandan rəsmi açıqlama

Feb 27, 2026 - 11:06
 0  11
Yeddi post məhv edilib, doqquzu ələ keçirilib - Pakistandan rəsmi açıqlama

Sərhədyanı toqquşmalar nəticəsində həlak olan əfqan döyüşçülərin sayı 133-ə çatıb, daha 200-dən çoxu isə yaralanıb.

Xeber.ge xəbər verir ki,

 bu barədə Pakistan Baş nazirinin media ilə əlaqələr üzrə mətbuat katibi Moşarrar Zaidi məlumat verib.

"133 əfqan talibinin həlak olduğu təsdiqlənib, 200-dən çoxu yaralanıb. Hesablamalara görə, Kabil, Paktia və Qəndəhar vilayətlərindəki hərbi hədəflərə endirilən zərbələr nəticəsində daha böyük itkilər müşahidə olunur", — deyə o, sosial şəbəkədə yazıb.

Zaidi əlavə edib ki, əfqan taliblərinin daha yeddi postu məhv edilib, doqquzu isə Pakistan hərbçiləri tərəfindən ələ keçirilib. Həmçinin, Pakistan ordusu iki korpus və üç briqada qərargahını, bir maddi-texniki təminat bazasını, üç tabor qərargahını, iki sektor qərargahını və 80-dən çox hərbi texnikanı sıradan çıxarıb.

mənbə: publika.az