Yaşayış binasının girişində gənc kişinin meyiti tapıldı

Qoridə, Tsabadze küçəsində yerləşən çoxmənzilli yaşayış binasının giriş hisəsinin blokununda gənc kişiyə məxsus meyit aşkarlanıb.
Bina sakinlərinin bildirdiyinə görə, onlar mərhumu tanımayıblar və ehtimal edirlər ki, o, yaxınlıqda yaşamayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq başlanıb və hazırda zəruri istintaq hərəkətləri aparılır.
mənbə: interpress