Yəməndən Təl-Əviv aeroportuna ballistik raket atılıb

Mar 20, 2025 - 13:10
 0  46
Yəməndən Təl-Əviv aeroportuna ballistik raket atılıb

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəsli ballistik raket zərbəsi endiriblər.

Bunu husilərin hərbi nümayəndəsi Yahya Saria deyib.

Onun sözlərinə görə, hərbi əməliyyat zamanı "Fələstin-2" hipersəsli ballistik raketlə Ben-Qurion aeroportuna hücum edilib: "Bu əməliyyat öz məqsədinə uğurla çatıb".

Xatırladaq ki, Qəzza zolağında münaqişə kəskinləşəndən sonra "Ənsar Allah" İsrail ərazisini atəşə tutacağını bəyan edib.

mənbə: oxu