Vuçiç bu dəfə Gürcüstanı təriflədi

Jun 16, 2026 - 23:07
 0  16
Vuçiç bu dəfə Gürcüstanı təriflədi

Belqrad Gürcüstanın əldə etdiyi nailiyyətləri tanıyır və ölkənin iqtisadi təcrübəsini diqqətlə öyrənir.

XEBER.GE xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi birgə brifinqdə bildirib. 

Onun sözlərinə görə, bu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatı 9,3 faiz artıb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

“2012-ci ildən etibarən Gürcüstan təsirli nəticələr nümayiş etdirir. Serbiya sizin nailiyyətlərinizi tanıyır”. 

O həmçinin vurğulayıb ki, Serbiya Gürcüstanı yalnız dost ölkə kimi deyil, həm də “əsrlərlə formalaşmış pravoslav ənənələri” ilə bağlı olduğu bir dövlət kimi görür.

A.Vuçiç əlavə edib ki, Serbiya tərəfi Gürcüstanın inkişafı ilə fəxr edir və onun iqtisadi modelindən “çox şey öyrənir”.

Prezident tikinti sektorunda 12 faizlik artımı və turizm sahəsində əldə olunan nəticələri ayrıca qeyd edərək, bu göstəriciləri “müstəsna” adlandırıb və onları dünyanın ən yaxşı təcrübələri ilə müqayisə edib.

Bununla yanaşı, Serbiya Prezidenti iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi niyyətini də təsdiqləyib.

 

mənbə: modern.az