DİN narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik
cinayəti ittihamı ilə üç nəfəri – 1957-ci il təvəllüdlü G.B., 1980-ci il təvəllüdlü R.A. və Ukrayna vətəndaşı, 1970-ci il təvəllüdlü G.K.-nı saxlayıblar.
DİN-in məlumatına görə, onlara xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, realizasiyasına kömək göstərilməsi, eləcə də tərkibində narkotik vasitə olan “kanabi bitkisinin” qanunsuz əkilib-becərilməsi ittihamları irəli sürülüb. Qurumun bəyanatına əsasən, bu cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
“Polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı satış məqsədilə qablaşdırılmış müxtəlif növ narkotik vasitələri maddi sübut kimi götürüblər. Onların arasında 300 qramdan çox “kokain”, 479 ədəd “metadon” həbi, 283 ədəd “marixuana” bağlaması və “kanabi bitkisi” aşkarlanıb.
İstintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar – yapışqan lentlər, polietilen bağlamalar, elektron tərəzilər, eləcə də narkotik vasitələrin satışından əldə edildiyi ehtimal olunan pul vəsaiti də götürülüb”, – DİN-in bəyanatında bildirilir.
mənbə: marneulifm