VMH partiyasının nümayəndəsi ilə hakim komandanın fəalı arasında qarşıdurma olub- VİDEO
Qldanidəki 60 saylı seçki məntəqəsində şifahi və fiziki qarşıdurma baş verib.
VMH partiyasının nümayəndəsi ilə hakim komandanın fəalı arasında insident baş verib.
“Vahid Milli Hərəkat”dan olan Tbilisi Şəhər Şurasının üzvü İrakli Edzqveradzenin dediyinə görə, “Gürcü arzusu”nun fəalı Şako Kuçaşvili hadisə yerinə gələrək təxribatlar təşkil etməyə cəhd etdikdən sonra vəziyyət gərginləşib.
“İctimaiyyətə demək istəyirəm ki, bu konkret şəxs DTX-nin agentidir.
Onlar bilirlər ki, Qldanililər və müxalifət həmişə bu yerdə seçkilərdə qalib gəlir. O, insanların yanına gedir və onları təhqir edir”, - Edzveradze bildirib.
mənbə: interpress