Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video
Ukrayna ordusu səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Wildberries” logistika mərkəzinin iki anbarına PUA-larla zərbələr endirib.
XEBER.GE xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, zərbələrdən sonra anbarlarda yanğın baş verib.
Şirkət anbarların fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
mənbə: axar.az