İlon Maskın atası: Oğlum və mən Putinə heyranıq

Amerikalı milyarder İlon Maskın atası Errol Mask ailəsinin Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu deyib.
Xeber.ge xəbər verir ki, o, bu barədə “BBC” kanalına danışıb.
Errol Mask Putinin güclü lider olduğunu, özünün və ailəsinin Rusiya prezidentinə heyranlığını dilə gətirib:
"Ailə olaraq bizim Putinə bir az heyranlığımız var. Bunu etməmək axmaqlıq olardı. Çünki o, həmişə sakitdir. Mən onun çıxışlarına qulaq asıram, məntiqli şeylər deyir. Bizə deyirlər ki, ona inanmayın, amma məncə, o, güclü liderdir. Ukraynada müharibəni həqiqətən kimin başlatdığı zamanla bəlli olacaq".
mənbə: publika,az