Ukrayna müharibəsində daha iki gürcü döyüşçü həlak oldu
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə daha iki gürcü könüllü döyüşçü həyatını itirib. Əldə olunan son məlumatlara görə, bir neçə saat əvvəl gürcü döyüşçü İqor Bekuraşvilinin cəbhədə həlak olması barədə xəbər yayılıb.
XEBER.GE xəbər verir ki, bundan bir gün öncə isə digər bir gürcü könüllünün — 30 yaşlı Giorgi Dameniyanın ölüm xəbəri məlum olub. Əslən Senaki rayonundan olan gənc döyüşçünün son illər ərzində Ukraynada yaşadığı bildirilir.
Yaxın günlərdə Ukrayna və Gürcüstanda hər iki gürcü döyüşçünün xatirəsini yad etmək məqsədilə vida və anım mərasimlərinin keçiriləcəyi gözlənilir.
Bununla da Ukrayna torpaqlarının müdafiəsində şəhid olan gürcü könüllülərin sayı daha da artıb.