Kaxetida ağır yol qəzası nəticəsində polis əməkdaşı həlak olub

Mar 30, 2026 - 21:43
 0  27
Kaxetida ağır yol qəzası nəticəsində polis əməkdaşı həlak olub

  Kaxeti bölgəsinin Kvareli şəhərində ağır nəticəli yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, "Mtavari Ambəbi Kaxetidən" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 52 yaşlı qadın polis əməkdaşı həyatını itirib.

İlkin məlumatlara əsasən, hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq sürüşüb və asayiş keşikçisinin olduğu minik avtomobili ilə toqquşub. Zərbənin güclü olması səbəbindən qadın polis əməkdaşı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Şahidlərin bildirdiyinə görə, qəzaya yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Hazırda hadisə yerinə polis və ekspert-kriminalistlər cəlb olunub, faktla bağlı araşdırma aparılır