Türk vətəndaşları həbs edildi
Xeber.ge xəbər verir ki,
"Həbs edilənlər, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib və Türkiyədə fəaliyyət göstərən "Barış Boyun" adlı cinayətkar qruplaşmanın üzvləridir.
Onlar böyük miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz alınması və saxlanılmasında ittiham olunurlar.
Hüquq-mühafizə orqanları şübhəlilərin şəxsi və müvəqqəti yaşayış evlərində axtarış zamanı böyük miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə ehtiva edən dərmanları sübut kimi müsadirə ediblər, onların arasında "MDMA", "Marixuana", "Preqabalin" və "Qabapentin" var.
Cinayət 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 261-ci maddələri ilə aparılır" - DİN-in bəyanatında deyilir.
Nazirliyin məlumatına görə, iş üzrə Türkiyədə fəaliyyət göstərən "Barış Boyun" adlı cinayətkar qruplaşmanın digər üzvlərinin müəyyən edilməsi və aşkar edilməsi məqsədilə operativ və istintaq tədbirləri davam etdirilir.