Yetkinlik yaşına çatmayan övladlarına fiziki zorakılıq etdi - 31 yaşlı ana həbs edildi

Nov 26, 2025 - 11:54
 0  24
Yetkinlik yaşına çatmayan övladlarına fiziki zorakılıq etdi - 31 yaşlı ana həbs edildi

Kvemo Kartli polisi yetkinlik yaşına çatmayan övladlarına qarşı törədilmiş zorakılıq ittihamı ilə ananı həbs edib.

Xeber.ge xəbər verir ki, DİN-in məlumatına görə, keçmişdə məhkum olmuş 31 yaşlı A.N. həbs edilib.

DİN-in məlumatına görə, istintaqla müəyyən edilmişdir ki, şübhəli 2012 və 2016-cı illərdə doğulmuş yetkinlik yaşına çatmayan övladlarına qarşı fiziki zorakılıq tətbiq edib.

Departamentin dediyinə görə, yetkinlik yaşına çatmayanların zorakılıq nəticəsində bədənlərində çoxsaylı zədələr aşkar edilib.

Hüquq-mühafizə orqanları şübhəlini "isti iz" üstə həbs ediblər.

İstintaq Cinayət Məcəlləsinin 126¹-ci maddəsinin 2-ci hissəsinin "a" yarımbəndi ilə aparılır. Cinayət 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.