AB-yə indi üzv seçilsək, məhv olarıq
Gürcüstan bu gün Avropa Birliyinə daxil olarsa, iqtisadiyyatı geriləyəcək və o, AB-də qüvvədə olan bütün məhdudiyyətlərə dərhal əməl etməli olacaq.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “Rustavi 2” telekanalına müsahibəsində bildirib.
“Biz qalib olacağımız halda Avropa Birliyinə üzv olmağa hazırlaşmalıyıq, uduzmamalı və özümüzə zərər verməməliyik. Əgər bu gün üzv olsaq, eyni anda tətbiq edilən məhdudiyyətlər səbəbindən (Rusiyaya sanksiyalar nəzərdə tutulur - red.) iqtisadiyyatımızı məhv edəcəyik”, - deyə o bildirib.
mənbə: axar