Tsulukianinin komissiyasına getmədiyi üçün İrakli Okruaşviliyə 8 ay həbs cəzası verilib

Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mçedlişvili Tsulukianinin komissiyasına ifadə verməyə getmədiyinə görə İrakli Okruaşviliyə
8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. O cəza ilə yanaşı, 2 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan da məhrum edilib.
İrakli Okruaşvili hökmün elanında iştirak etməyib.
İlkin olaraq, ona qarşı qətimkan tədbiri kimi 20 000 lari məbləğində girov təyin olunmuşdu, lakin girovu ödəməkdən imtina edib. 14 may tarixində məhkəmə girovu həbs cəzası ilə əvəz edib və o, birbaşa məhkəmə zalında həbs olunub.
Tsulukianinin komissiyasında iştirak etmədiyinə görə aşağıdakı şəxslər də cəzalandırılıb:
Zurab Caparidze – 7 ay həbs
Qiorqi Vaşadze – 7 ay həbs
Qivi Tarkamadzə – 7 ay həbs
Mamuka Xazaradze – 8 ay həbs
Badri caparidze – 8 ay həbs
Nika Qvaramia – 8 ay həbs
mənbə: marneulifm