Niyə gürcü xalqına pislik etməyə bu qədər can atırlar?

Gürcüstan nümayəndə heyəti ATƏT Parlament Assambleyasında heç bir sənədi dəstəkləməyib.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyanat verib.
Papuaşvili qeyd edib ki, Gürcüstan nümayəndə heyəti yalan və dezinformasiya ehtiva edən qətnamələri dəstəkləyə bilməz.
"Yalan və dezinformasiya yazılan yerdə - belə bir qətnamə bizim dəstəyimizi almayacaq. Biz onlara yaxşılıqdan başqa nə etmişik ki, gürcü xalqına pislik etməyə bu qədər can atırlar? Sonra bizə deyirlər ki, bunlar müstəqil mediadır. Təəssüf ki, bu gün dezinformasiya Aİ səfirliyi tərəfindən maliyyələşdirilir", - deyə spiker bildirib.
Papuaşvili sonda deyib: "Bizim təşəbbüsümüz işğal olunmuş rayonların tanınması məsələsi ilə bağlı idi. Biz beynəlxalq mexanizmlərdən istifadə edərək hamını Gürcüstanın ərazi bütövlüyünü tanımağa çağırırıq”.
Qeyd edək ki, ATƏT PA Gürcüstanı siyasi məhbusları azad etməyə və yeni seçkilər keçirməyə çağıran bəyannamə qəbul edib.
mənbə: publika