Trampın yaxın tərəfdaşı ABŞ Gürcüstana qarşı ədalətsiz qərarlar qəbul edib

Dec 4, 2024 - 12:43
 0  50
Trampın yaxın tərəfdaşı ABŞ Gürcüstana qarşı ədalətsiz qərarlar qəbul edib

Donald Tramp administrasiyası ilə Gürcüstan-ABŞ münasibətləri yaxşılaşacaq və Birləşmiş Ştatlar Gürcüstana Aİ-yə qoşulma danışıqlarına başlamağa kömək edəcək.

Bunu, yeni prezident seçilmiş Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-nin Aİ-də xüsusi nümayəndəsi olmaq ehtimalı irəli sürülən Kembrli Lou müsahibəsində bildirib.

“Hazırkı baş nazir (Gürcüstanın-red) Aİ-yə qoşulmaq üzərində işləməyə davam etmək istəyir. Biz sizə Aİ-yə daxil olmağa kömək etmək istəyirik və bunu necə edəcəyimizi bilirik. ABŞ-də Gürcüstana qarşı çox ədalətsiz qərarların qəbulu fikirləri ilə razıyam.

Gürcüstan çox çalışıb ki, iqtisadiyyatını və digər məsələləri inkişaf etdirərək Aİ-yə qoşulsun. Ancaq eyni zamanda mədəni özünəməxsusluğu qorumaq da doğrudur, bu çox vacibdir”, - o bildirib.

mənbə: report