Tramp Səudiyyə vəliəhdinin xahişini rədd etdi

Sep 11, 2026 - 11:08
 0  16
Tramp Səudiyyə vəliəhdinin xahişini rədd etdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman cümə axşamı ABŞ Prezidenti Donald Trampa iki dəfə zəng edərək onu husilərə zərbə endirməyə çağırıb, lakin Ağ Ev rəhbəri bu təklifi rədd edib.

 XEBER.GE xeber  verir ki,  bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, cümə axşamı husilər sahil şəhəri Moxaya hücum etdiyi və Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrinin geri çəkildiyi vaxtda, vəliəhd şahzadə Məhəmməd bin Salman vəziyyətin pisləşməsi barədə məlumat vermək üçün Trampla əlaqə saxlayıb.

Bir neçə saatdan sonra o, yenidən zəng edərək Trampdan husilərin mövqelərini vurmaq barədə əmr verməsini tələb edib, lakin prezident yenə də imtina edib.

Portalın həmsöhbəti qeyd edir ki, bunun əvəzində ABŞ prezident administrasiyası Səudiyyə Ərəbistanına husilər barədə kəşfiyyat məlumatları və zərbə endirmək üçün hədəflər haqqında detallar təqdim edəcək.

O, həmçinin əlavə edib ki, hazırkı mərhələdə administrasiya münaqişəyə birbaşa müdaxilə etməyi planlaşdırmır.

Mənbələrin bildirdiyinə görə, son həftələrdə ABŞ rəsmiləri səudiyyəli həmkarlarına Trampın Amerika qoşunlarına diqqəti İrana və Hörmüz boğazına yönəltməyi, yeni bir cəbhə açmamağı tapşırdığını çatdırıblar.

"Birləşmiş Ştatlar Qırmızı dənizdə gəmiçilik azadlığının təmin edilməsi kimi milli təhlükəsizlik sahəsindəki əsas maraqlarımızın qorunmasına diqqət yetirir və eyni zamanda, regional tərəfdaşlarımıza regionun təhlükəsizlik problemlərinin idarə olunması və həllində aparıcı rol almaq imkanı yaradır", - deyə nəşr ABŞ prezidenti administrasiyasının adının çəkilməsini istəməyən nümayəndəsinin bəyanatından sitat gətirir.

"Biz regional sabitlik məsələləri üzrə Səudiyyə Ərəbistanı və Yəmən Respublikası hökuməti ilə daim dialoq aparırıq", - deyə o əlavə edib.

mənbə: oxu.az