Tramp İrana qarşı əməliyyatın başa çatacağı vaxtı açıqlayıb

Apr 1, 2026 - 10:44
 0  15
Tramp İrana qarşı əməliyyatın başa çatacağı vaxtı açıqlayıb

Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatı yaxın iki-üç həftə ərzində başa çatdırmaq niyyətindədir.

Xeber.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Hesab edirəm ki, biz bunu iki-üç həftə ərzində başa çatdıracağıq, çünki davam etmək üçün heç bir əsasımız yoxdur", - Tramp bildirib.

O qeyd edib ki, Tehranın Vaşinqtonla sövdələşməyə gedib-getməməsindən asılı olmayaraq, əməliyyat başa çatdırılacaq.

"Sövdələşmə bağlayıb-bağlamamağımızdan asılı olmayaraq, biz [əməliyyatı] onların uzun müddətə daş dövrünə geri atıldıqlarını və nüvə silahı əldə etmək imkanlarının olmadığını anladığımız zaman bitirəcəyik", - deyə ABŞ Prezidenti dəqiqləşdirib.

mənbə: report