Tiflis-Bakı reysi təxirə salındı - Səbəb açıqlanmır

Feb 18, 2025 - 14:20
 0  257
Tiflis-Bakı reysi təxirə salındı - Səbəb açıqlanmır

Bu gün saat 08:50-də yerinə yetirilməli olan AZAL aviaşirkətinin J2 8230 nömrəli Tiflis-Bakı reysi təxirə salınıb.

Bu barədə Tiflis aeroportunun məlumatında bildirilib.

Məlumata əsasən, reys bu gün saat 18:00-a təyin olunub.

Reysin təxirə salınmasının səbəbi açıqlanmır.

mənbə: axar