Telavidə sürücülük imtahanı zamanı 43 yaşlı kişi infarkt keçirərək öldü

Jun 24, 2026 - 20:08
 0  27
Telavidə sürücülük imtahanı zamanı 43 yaşlı kişi infarkt keçirərək öldü

Telavi şəhərində sürücülük vəsiqəsi almaq üçün keçirilən praktiki imtahan zamanı bədbəxt hadisə baş verib. İmtahan verən 43 yaşlı namizəd qəfildən dünyasını dəyişib.

XEBER.GE  xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, imtahan prosesi zamanı kişinin qəfildən ürəyi dayanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və o, Telavi Referal Xəstəxanasına çatdırılıb. Lakin tibb müəssisəsinə gətirilərkən artıq onun ürək döyüntüləri dayanıb.

Telavi Referal Xəstəxanasının direktoru Xatuna Çoniaşvilinin açıqlamasına görə, həkimlərin bütün səylərinə baxmayaraq, xəstəni həyata qaytarmaq mümkün olmayıb:

  43 yaşlı kişi xəstəxanaya gətiriləndə artıq dünyasını dəyişmişdi. Ürəyi tamamilə dayanmışdı. Həkimlərimiz reanimasiya tədbirləri çərçivəsində hər şeyi sınasalar da, təəssüf ki, ürəyi yenidən işə salmaq mümkün olmadı. Məlumdur ki, mərhum şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş. İmtahan zamanı yaşanan güclü stress fonunda, böyük ehtimalla infarkt keçirib və elə hadisə yerindəcə keçinib".

Hazırda hadisənin baş verdiyi imtahan meydançasına polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma və istintaq hərəkətləri aparılır.