Dövlət qulluqçularının əməkhaqları yenidən artırılacaq

Sep 8, 2025 - 16:56
 0  24
Dövlət qulluqçularının əməkhaqları yenidən artırılacaq

2026-cı ildə də dövlət sektorunda çalışanların maaşları 10% artırılacaq. O bildirib ki, bu artım son illərdə ardıcıl şəkildə tətbiq olunan siyasətin davamıdır.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bəyan edib.

“Bildiyiniz kimi, son illərdə hər il dövlət qulluqçularının maaşları 10 faiz artırılıb. 2026-cı ildə də eyni templə artım planlaşdırılır,” – deyə Kobaxidze vurğulayıb.

Baş nazirin bu bəyanatı dövlət sektorunda çalışan minlərlə işçiyə davamlı sosial-iqtisadi dəstəyin və dövlət xidmətlərinin gücləndirilməsi məqsədilə atılan addımların göstəricisi kimi qiymətləndirilir.

mənbə: interpress