Tbilisidə yaşayış binasının 12-ci mərtəbəsində yanğın baş verib

Oct 14, 2026 - 21:32
 0  11
Tbilisidə yaşayış binasının 12-ci mərtəbəsində yanğın baş verib

Tbilisidə, Quramişvili prospektində yerləşən yaşayış binasında yanğın baş verib.

XEBER.GE xeber  verir ki, Fövqəladə Halların İdarə Olunması Xidmətindən "PrimeTime"a verilən məlumata görə, yanğın çoxmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Xilasedicilərin çevik müdaxiləsi nəticəsində yanğın artıq tam söndürülüb . Hadisə nəticəsində xəsarət alan olmayıb.