Tbilisidə Yanan marşrut taksisi yanacaqdoldurma məntəqəsinə girdi
Tbilisidə faciənin bir addımlığından dönülüb. Paytaxt küçələrinin birində hərəkətdə olan və qəfildən alovlanan mikroavtobus yanacaqdoldurma məntəqəsinə daxil olub.
XEBER.GE xəbər verir ki, bu barədə məlumatı "Guria News" agentliyi yayıb.
Əldə olunan məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürmə-xilasedici briqadaları cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanacaqdoldurma məntəqəsində baş verə biləcək böyük partlayışın qarşısı alınıb və alov tamamilə likvidasiya edilib.
Bədbəxt hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan və ya dünyasını dəyişən olmayıb. Hazırda mikroavtobusun hansı səbəbdən alovlandığı araşdırılır.