Tbilisidə qarət cəhdi: İki əcnəbi həbs olundu

Jul 11, 2026 - 13:14
 0  21
Tbilisidə qarət cəhdi: İki əcnəbi həbs olundu
: :
playing

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları əvvəlcədən razılaşaraq qrup halında qarət cəhdi etməkdə ittiham olunan iki xarici vətəndaşı saxlayıblar.

XEBER.GE xeber  verir ki, Nazirliyin məlumatına görə, şübhəlilər Tbilisinin Giorgi Leonidze küçəsinin yaxınlığında xarici vətəndaşın şəxsi əşyalarını və pulunu zorla ələ keçirməyə cəhd göstəriblər.

Polislər onları hadisə yerindəcə saxlayıb və qarət etməyə cəhd etdikləri pulu sübut kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 19-178-ci maddəsi ilə aparılır və bu, 11 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.