Fatimə Kərimovanın qatili Batumi aeroportunda saxlanıldı
27 iyunda Tbilisidə baş verən qanlı cinayətə son qoyuldu. Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qətlində ittiham olunan qohumu Emin Əliyev Batumi Beynəlxalq Aeroportunda saxlanılıb.
XEBER.GE xeber verir ki,Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx əlaqədə və Türkiyədəki Gürcüstan polisi ataşesinin birbaşa iştirakı ilə həyata keçirilib.
İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxs bu il iyunun 27-də Tbilisidə, müvəqqəti yaşadığı mənzildə qohumuna həyat üçün təhlükəli xəsarətlər yetirib. Alınan zədələr nəticəsində qurban hadisə yerindəcə dünyasını dəyişib.
21 yaşlı Fatimə Kərimovanın meyiti Tbilisinin Varketili rayonunda, yaşayış binasında aşkarlanmışdı.