Gecə saatlarında yüksək səs çıxaran avtomobillərə qarşı yeni cərimələr qüvvəyə minir.

Jul 6, 2026 - 20:51
 0  39
Gecə saatlarında yüksək səs çıxaran avtomobillərə qarşı yeni cərimələr qüvvəyə minir.

Daxili İşlər naziri Sulxan Tamazaşvili avtomobillərin istismarı zamanı yaranan səs-küy səviyyəsinin sertifikatlaşdırılmış portativ cihaz vasitəsilə yoxlanılması qaydası və şərtlərini müəyyən edən əmr imzalayıb.

XƏBƏR.GE xəbər verir ki, DİN-in bəyanatına görə, 2026-cı il sentyabrın 1-dən etibarən qurumun səlahiyyətli bölmələri avtomobillərin səs-küy səviyyəsini DİN tərəfindən satınalınmış, beynəlxalq ISO 5130:2019 standartına uyğun olan portativ cihaz dəstləri vasitəsilə yoxlayacaqlar.

Avtomobillərin səs-küyü üçün icazə verilən normalar İvanişvili hökumətinin qərarı ilə tənzimlənir.

"Qərara əsasən, yaşayış məntəqələrində gecə saatlarında — 23:00-dan 08:00-dək nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy 80 desibeli (dB) aşmamalıdır.

İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, istismarı zamanı yaranan səs-küyü Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş normadan artıq olan nəqliyyat vasitəsinin idarə edilməsi 100 lari məbləğində cəriməyə və sürücülük vəsiqəsi ballarının 10 bal azaldılmasına səbəb olur.

Eyni xətanın ikinci dəfə törədilməsi 200 lari cərimə və vəsiqə ballarının 20 bal azaldılması ilə, üçüncü və sonrakı hər bir hal isə 300 lari cərimə və vəsiqə ballarının 30 bal azaldılması ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin əməkdaşları asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə müvafiq tədbirlərin görülməsini, o cümlədən yol hərəkətinin idarə edilməsini və yol qayda pozuntularına qarşı aktiv reaksiyanı davam etdirirlər".