Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Norveç matçına bilet 8 milyon dollara satışa çıxarılıb.
XƏBƏR.GE xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, satışda daha ucuz biletlər olsa da, ümumilikdə Tbilisi vaxtı ilə iyulun 12-nə keçən gecə Mayamidə baş tutacaq oyunun biletləri dünya çempionatları tarixinin rekordlarını qırır.
Belə ki, birinci kateqoriyalı biletlərin qiyməti 3 200 dollardan başlayaraq artıq qeyd olunan 8.05 milyon dollara qədər dəyişir. Matçı ikinci kateqoriyalı yerlərdən izləmək 103 500 dollara başa gələcək, üçüncü kateqoriyalı yerlər üçün isə qiymətlər 2 900 dollarla 57 500 dollar arasında dəyişir.
mənbə: oxu.az